Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2022 21:56
Efopiyanın Şimali Tıqray ştatında məcburi köçkünlərin qaldığı məktəb binasına hava hücumu nəticəsində azı 50 nəfər həlak olub.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, zərbə oktyabrın 4-də Adi-Daero şəhərinə endirilib. Ölənlərlə yanaşı, daha 70-ə yaxın adam yaralanıb.
Qeyd edək ki, son iki ayda Efiopiya Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələr Tıqray ərazisindəki hədəflərə hücum edib.
Avqustun 24-də Efiopiya hökuməti və Tiqray üsyançılarının rəhbərliyi ötən ilin yazından onlar arasında mövcud olan humanitar atəşkəsi pozmaqda ittiham ediblər. Tiqrayın cənubunda və Amharanın şimalında döyüşlər gedir.