Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2019 09:21
Bakı. Kəmalə Məmmədli - Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 30-da 63,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,97 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,73 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,61 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 60,91 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,67 dollar/barel azdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin