Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2022 12:10
Oktyabrın 10-da səhər saatlarında Kiyev Rusiya qoşunları tərəfindən ağır bombardmana məruz qalıb.
Sosial şəbəkələrdə bununla bağlı müxtəlif görüntülər paylaşılır.
Sonxeber.net Sfera.az-a istinadən bildirir ki, belə kadrların birində paytaxt sakini olan qızın canlı yayım zamanı təsadüfən bombardman anını çəkməsi əks olunub.
Qeyd edək ki, Kiyevdən başqa Dnepr, Lvov və başqa şəhərlərdən də partlayışlar barədə xəbərlər gəlir. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bombardmanlar nəticəsində ölən və yaralananların olduğunu bildirir.
Kiyevdə metronun qırmızı xətti ilə qatarların hərəkəti dayandırılıb, bütün metro stansiyaları vətəndaşlar üçün sığınacaq kimi işləyir.