Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2022 02:03
İnsanlar daima bir-birləri ilə ünsiyyətdə olur.Bu bəzən insanların bir-birinə olan xoş münsibətindən,bəzən də isə məcburiyyətdən meydana gəlir.Qarşılıqlı ünsiyyət zamanı isə insanlar bir-birlərinə istər-istəməz psixoloji təsir edirlər.İnsanların mənfi-müsbət emosiyaları,sevinci və kədəri ünsiyyət zamanı birindən digərinə ötürülür,yəni birində olan enerji digərinə ötürülür.İnsanlar ünsiyyətdə olduqları zaman öz emosiyaarını və psixoloji hallarını qarşısındakına ötürərək onları öz təsirləri altına salır.
Ünsiyyətin həyatımızın zəruri hissəsi olmasına baxmayaraq bu həmişə bizə sevinc və rahatlıq bəxş etmir.Belə ki,bəzi insanlar vardır ki,onlarla ünsiyyətdən sonra qarşısındakına mənfi enerji yüklənir.Bunu həmin adamla söhbət etdikdən sonra dərhal anlamaq mümkün olur.Elə insanlarla söhbət qarşısındakına psixoloji olaraq mənfi təsir edir.Bu cür insanları psixalogiyada vampirlər adlandırırlar.Belə vampirlər söhbət etdikləri adamı öz təsirləri altına salır,onlara mənəvi təzyiq edir,söhbətlərinin təktərəfli aparırlar.Belə insanlarda qarşındakını axıra qədər dinləmə qabiliyyəti olmur və onlar iradəsi zəif adamı asanlıqla öz təsirləri altına sala bilirlər.
"Vampir" adamlar qarşısındanın müsbət enerjisini almaqla qidalanır.Onlar özlərini ətrafdakılara nə qədər xoş və gülərüz göstərməyə çalışsalar da ətrafdakılar üçün fiziki və psixoloji tərlükə sayılırlar.Onlar bədbin isnalardırlar,bədbinlik isə onların iradəsini,həvəsini və həyata olan istəyini öldürür.Bu səbəblərə görə də vampir adamlara qarşı mübariz olmaq üçün güclü emosional zəkaya sahib olmaq lazımdır.Sizə enerji "vampirlərinin" tələsinə düşməmək üçün bir neçə məsləhət vermək istyirik:
1 Belə adamlardan uzaq qaçın,onlarla ünsüyyət qurmayın.
2 Onların daşışıqlarına qulaq asmaq məcburiyyətində qalsanız danışıqlarına əhəmiyyət verməyin.
3 Mənfi söz-söhbətlərə qulaq asmayın.
4 Yoqa ilə məşğul olun.
5 Bədbin olmayın və daima özünüzə güvənin.
Enerji vampirlərində aşağıdakı xüsusiyyətlər olur:
* Həyatı sevmirlər və həyatdan zövq almırlar.
* Danışıqlarında gözəl duyğulara köklənmiş sözlər olmur.
* Ərtafdakılarla asanlıqla ünsiyyət qura bilmirlər.
* İnsanlarla ünsiyyətdən zövq almırlar.
* Çox qeybət edirlər.
* Başqalarının kefini asanlıqla korlaya bilirlər.