Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kiyevin mərkəzində Puşkinin abidəsi söküldü - FOTO

Kiyevin mərkəzində Puşkinin abidəsi söküldü - FOTO

Tarix: 12 Oktyabr 2022 07:22

Kiyevdə dahi rus şairi Aleksandr Puşkinin şəhərin mərkəzində yerləşən büstü sökülüb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Strana" nəşri məlumat yayıb. 

"Dekommunizasiya. Ukrayna" layihəsinin həmtəsisçisi Vadim Pozdnyakov, Puşkini "Rusiya dünyasının simvolu" adlandırıb və sökülmənin may ayında həlak olan ukraynalı leytenant Denis Antipovun şərəfinə həyata keçirildiyini söyləyib.

Pozdnyakovun sözlərinə görə, Kiyevdə Puşkinə həsr olunmuş daha səkkiz obyekt, o cümlədən xatirə lövhəsi və büstlər var.

Milli.Az


Etiketlər:  Kiyevin mərkəzində Puşkinin abidəsi söküldü FOTO


RƏYLƏR