Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2022 23:18
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərinin 2-ci günündə Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Müşavirəsinin VI Zirvə Toplantısında dövlət və hökumət başçıları qarşısında çıxış edəcək və müxtəlif ikitərəfli görüşlər keçirəcək.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, Ərdoğan ikitərəfli danışıqlar çərçivəsində əvvəlcə Belarus Prezidenti Aleksandr Lukaşenko, daha sonra isə Rusiya lideri Vladimir Putinlə görüşəcək.
Prezident Ərdoğanın Putinlə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti, Türkiyənin sülh səylərini və taxıl dəhlizini müzakirə edəcəyi gözlənilir.
Bundan əlavə, Suriyadakı hadisələr də müzakirə mövzusu olacaq.