Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

30 yaşlı repçi öldürüldü

30 yaşlı repçi öldürüldü

Tarix: 14 Oktyabr 2022 20:28

"PnB Rock" ləqəbi ilə tanınan amerikalı repçi Rakim Allen öldürülüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hadisə Los-Anceles şəhərində baş verib. Şübhəli şəxs restoranda sevgilisiylə yemək yeyən 30 yaşlı repçiyə hücum edərək üzərindəki qızıl-zinət əşyalarını götürməyə çalışıb və onu güllələyib. Cinayətkar atəşdən sonra dərhal hadisə yerindən qaçıb.

"PnB Rock" təcili olaraq ən yaxın xəstəxanalardan birinə aparılsa da, onun ürəyi dayanıb.

Hazırda polis cinayətkarın axtarışına davam edir.

Qeyd edək ki, repçi 2016-cı ildə "Selfish" mahnısından sonra məşhurlaşmağa başlamışdı. Sözügedən bəstə ABŞ-da Billboard Hot 100-ə də daxil olmuşdu.

Milli.Az


Etiketlər:  yaşlı repçi öldürüldü


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ