Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa Parlamenti Zelenski və Ukrayna xalqını mükafatlandırdı

Avropa Parlamenti Zelenski və Ukrayna xalqını mükafatlandırdı

Tarix: 20 Oktyabr 2022 08:14

Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna xalqına Avropa Parlamentinin Andrey Saxarov adına "Fikir azadlığına görə" mükafatı verilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumat Avropa Parlamentinin saytında yayımlanıb.

Avropa Parlamentinin sədri Roberta Matsola bildirib ki, ukraynalılar bu gün səmimiyyətlə inandıqları dəyərlər uğrunda mübarizə aparırlar:

"Mənim üçün demək vacibdir ki, Prezidentlər Konfransında bu məsələ ilə bağlı konsensus var. Ötən doqquz ay ərzində Avropa Parlamenti və bütün dünya ukraynalıların necə qəhrəmancasına mübarizə apardıqlarını gördü".

Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 14-də Fransanın Strasburq şəhərində baş tutacaq.

Xatırladaq ki, bundan əvvəl Ukrayna ilk dəfə olaraq Nobel Sülh Mükafatını alıb.

Milli.Az


Etiketlər:  Avropa Parlamenti Zelenski Ukrayna xalqını mükafatlandırdı


RƏYLƏR