Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2022 12:15
Xəbər verdiyimiz kimi, müğənni Sevinc Ağaşirinova həmkarı Aysel Əlizadənin Türkiyədə ailə qurub, sonra boşandığını iddia edib.
Sonxeber.net xəbər verir ki, Aysel məsələ ilə bağlı axşam.az-ın suallarını cavablandırıb. O, Sevincin bu açıqlamasını yanlış hərəkət adlandırıb:
"Təsir edir ki, dostların bu xəbəri çıxarır. Reytinq həyatda hər şey demək deyil. Adamın başına bir iş gələndə, sevənləri yanına qaçır, əl tutur. Mənə pis gəldi ki, niyə məndən soruşmadan belə xəbərlər çıxır? Sevinc çox şey danışa bilər. Bu hərəkəti etməklə düzgün etməyib. Bildi, bilmədi, eşitdi, eşitmədi, insan gözüylə gördüyünü belə deyir, əmin deyiləm. İnsan hansısa bir fərziyəni danışıb".