Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada bıçaqlı hücumda 1 nəfər ölüb, “Arsenal”ın futbolçusu yaralanıb - FOTO

İtaliyada bıçaqlı hücumda 1 nəfər ölüb, “Arsenal”ın futbolçusu yaralanıb - FOTO

Tarix: 28 Oktyabr 2022 07:50

İtaliyanın Milan şəhərində ticarət mərkəzində bıçaqlı hücum olub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hücumu törədən şəxs 5 nəfəri bıçaqlayıb.

Yaralı şəxslərdən biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Həmin şəxsin supermarketin işçisi olduğu bildirilir.

"LaPresse" qəzetinin məlumatına görə, yaralılardan biri də İngiltərənin "Arsenal" klubunun İtaliyanın "Monza" komandasına icarəyə verdiyi ispaniyalı futbolçu Pablo Maridir.

P.Mari və digər iki yaralının vəziyyətinin ağır olduğu açıqlanıb.


Etiketlər:  İtaliyada bıçaqlı hücumda nəfər ölüb Arsenalın futbolçusu yaralanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ