Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2022 16:10
Bir neçə ildir ki, İsmayıllı rayonunda yeni tikilən bəzi uşaq bağçaları istifadəyə verilmir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, həmin bağçalardan biri şəhərin Vahab Osmanov küçəsində yerləşir.
Məktəbəqədər təhsil müəssisəsi tam təmir olunub, istifadə üçün hazır vəziyyətdədir. Üçmərtəbəli binada 5 qrupun fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb, bütün otaqlar müasir avadanlıqlarla təchiz edilib.
Bütün bunlara rəğmən bağça fəaliyyətsiz qalıb. Bu isə yaxınlıqda yaşayanların - şəhid ailələri və qazilər, həmçinin digər həssas qrupdan olan sakinlərin ürəyincə deyil.
Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı sektorundan verilən məlumata görə, uşaq bağçası bu il rayon icra hakimiyyətindən tam təmirli vəziyyətdə təhvil alınıb. Bağçanın fəaliyyətə başlaması üçün Elm və Təhsil Nazirliyinə müraciət edilib. Sözügedən müəssisənin 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: