Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tirotrop hormonu və onun orqanizmdə rolu

Tirotrop hormonu və onun orqanizmdə rolu

Tarix: 29 Oktyabr 2022 08:54

Bu  hormon  adenohipofizin  bazofil  hüceyrələrində  sintez  edilir. Bu  hormon  qlükoprotein strukturlu  mürəkkəb  zülaldır. Onun  molekulunun  15%-ini  karbohidrat  komponenti  təşkil edir. Tirotrop  hormonun  karbohidrat  komponentinin   tərkibinə  fukoza,  qalaktoza,  qlükozamin, qalaktozamin   və  asilləşmiş  neyramin  turşusu  daxildir.
Tirotrop  hormonun  əsas  funksiyası  qalxanabənzər  vəzinin   strukturunun  formalaşması  və funksiyanın  stimulyasiyası  ilə  əlaqədardır. Onun  miqdarının  qanda  artması  tirositlərin  qanda olan  yodu  tutmasını  və   tiroqlobilinin   yodlaşmasını   stimulyasiya   edir. Bundan  əlavə  hormonun təsirindən  oksigen  və  qlükoza  sərfi  artır, trikarbon  turşuları  dövranı  artır.
Tirotrop  hormonu  qalxanvari  vəzin  funksiyasını  stimulyasiya  etməklə  RNT, DNT, zülal  və fosfolipidlərin   sintezini   artırır  və  hüceyrələrin  bölünmə  yolu  ilə  çoxalmasını  sürətləndirir. Qan serumunda  normal  halda  tirotrop  hormonunun  miqdarının  qatılığı  1-4 nq/l olur. Qanda  bu hormonun  yarımparçalanma  dövrü  50-60  dəqiqədir.


Etiketlər:  Tirotrop hormonu onun orqanizmdə rolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ