Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2019 23:54
Bakı. Eldar Canaşvili - Trend:
Ötən il ərzində Azərbaycanla İran arasında ticarət dövriyyəsi 74 faiz artıb.
Trend-in məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov deyib.
Səfir bildirib ki, son illər ərzində iki ölkə prezidentləri 12 dəfə görüşüb və Azərbaycanla İran arasında 160 əməkdaşlıq memorandumu imzalanıb:
“Ümid edirəm ki, ölkələr ikitərəfli ticari-iqtisadi əlaqələri genişləndirəcək. İran və Azərbaycan özəl sektorun imkanlarından istifadə etməlidir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin