Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2022 08:16
"Sevastopol buxtasına taxıldaşıyanlardan buraxılan dronların zərbələri" haqqında Rusiyanın versiyası xəstə insanların uydurmasıdır.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində danışıb.
"Dünya nə eşitdi? Elə bil ki, taxıl daşıyıcısından kimsə dronlar buraxırdı... Əvvəlcə "döyüş quşları"ndan, sonra "döyüş həşəratlarından", indi də "döyüş taxılları"ndan danışırlar". Nə deyə bilərik ki? Həqiqətən, xəstə insanlardır. Amma bu xəstə insanlar yenidən dünyanı ağır ərzaq böhranı astanasına qoyurlar", - dövlət başçısı vurğulayıb.
O vurğulayıb ki, dünyada ərzaq məhsullarının bahalaşmasının yeganə günahkarı Rusiyadır.
Qeyd edək ki, oktyabrın 29-da Rusiya Müdafiə Nazirliyi ölkənin Sevastopolda Qara dəniz donanmasının, eləcə də "taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı terror aktı"ndan sonra taxıl sazişində iştirakını dayandırdığını açıqlayıb. Rusiya taxıl sövdələşməsində iştirakını dayandırdıqdan sonra Türkiyənin İstanbul şəhərindəki Birgə Koordinasiya Mərkəzində - Xarici İşlər Nazirliyindəki nümayəndələrinə tapşırıqlar verib. Böyük Britaniya Müdafiə Nazirliyi rəsmi Moskvanın ittihamını "epik miqyaslı uydurma" adlandırıb.