Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəng riskini artıran qidalar məlum oldu

Xərçəng riskini artıran qidalar məlum oldu

Tarix: 6 Noyabr 2022 20:45

Xərçənglə qida arasında birbaşa əlaqə olmasa da, araşdırmalar göstərir ki, emal edilmiş qırmızı ət xərçəng riskini artırır.

Söhbət vetçina, bekon, salyami və kolbasalardan gedir.

Təxminən yarım milyon insanın iştirak etdiyi bir araşdırma sübut edib ki, həftədə azı dörd dəfə emal olunmuş ət yeyən insanların bağırsaq xərçənginə tutulma riski onu həftədə iki dəfə yeyənlərə nisbətən 20% daha yüksəkdir.

Qeyd edək ki, bir müddət əvvəl diyetoloq Nuriya Dianova isti yeməklərin qəbulunu da xərçəng xəstəliyinə tutulma riski ilə əlaqələndirib. Onun sözlərinə görə, həddindən artıq isti yemək və isti içki istehlak etmək qida borusunda termal yanıqlara səbəb ola bilər ki, bu da xərçəng riskini artırır.

Milli.Az


Etiketlər:  Xərçəng riskini artıran qidalar məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ