Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2019 19:24
Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin deputatı Şahin İsmayılov Parlamentlərarası İttifaqın və Ümumdünya Ticarət Təşkilatı üzrə Parlament Konfransının 44-cü iclasında iştirak etmək üçün oktyabrın 6-dan 9-dək İsveçrədə səfərdə olacaq.
Trend-in məlumatına görə, Cenevrə şəhərində keçiriləcək toplantıda Ümumdünya Ticarət Təşkilatı çərçivəsində əldə olunmuş nailiyyətlər və qurum qarşısında duran əsas problemlərdən danışılacaq.
Gələn il Qazaxıstanda keçiriləcək ÜTT Parlament Konfransına hazırlıq işlərinin gedişatı, rəqəmsal ticarət və parlamentlərin yeni nəsil ticarət sazişləri sahəsində rolu mövzusunda müzakirələr aparılacaq.
Deputatımız müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin