Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2022 07:58
Xəbər verdiyimiz kimi, Rəşad Dağlının qətlə yetirdiyi şəxs meyxanaçı Ələkbər Yasamallının dayısı oğludur.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, meyxanaçı hələ də qohumunun həmkarı tərəfindən öldürüldüyü barədə heç bir açıqlama verməyib.
Bu gün isə Ələkbər Yasamallının 6 aydır ölkədə olmadığı üzə çıxıb. Bu barədə prodüser Ataş Hüseynov "Təsir dairəsi" verilişində danışıb:
"Ələkbər Yasamallı 6 aydır Bakıda deyil, Almaniyadadır. Orada yaşamaq üçün icazə almaq istəyir".
Qeyd edək ki, Rəşad qətlə yetirdiyi İsgəndər Mehdiyevə ürəyindən 6 bıçaq zərbəsi vurub.