Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Askaridoz

Askaridoz

Tarix: 20 Noyabr 2022 08:36

Askaridoz - parazitar xəstəlikdir (helmintoz). Törədicisi insan askaridasıdır. Yoluxma askarida yumurtalarının udulması nəticəsində baş verir
Ümumi məlumat:
Askarida yumru qurdlara aiddir. Bu qurdlar öz inkişaflarını bir neçə stadiyada keçirirlər. İnsan yetişmiş askarida yumurtalarını udaraq yoluxur. Bağırsaqlarda yumurtalardan sürfələr əmələ gəlir, bunlar da bağırsaqlardan qana keçir. Qanda sürfələr ag ciyərlərə, sonra isə bronxlara keçir, sonra isə yenidən həzm sisteminə düşərək nazik bağırsaqda yetkin qurdlara çevrilir və burada yumurtalarını qoyub çoxalırlar. Yumurtalar nəcislə torpağa düşür.
Ən çox uşaqlar yoluxur. Uşaqlar əllərini torpağa vuraraq barmaqlarını ağızlarına aparırlar. Yumurtalar otlarda, tərəvəz, meyvələrdə, göyərtidə ola bilər. Onlar yaxşı yuyulmadıqda yoluxma baş verə bilər.
Simptomları:
Ağ ciyərlərdə miqrasiya etdikdə qızdırma, öskürək, döş sümüyü arxasında ağrı qeyd olunur. Bağırsaqlara düşdükdə həzm pozulur, qarında sancılar, nəcisin pozulmsı, ürəkbulanma, iştahanın azalması, zəiflik, tez-tez soyuqlamalar, çəkinin azalması, dəridə səpgilər qeyd olunur.
Diaqnostika:
Bəlğəmdə askarida sürfələrinin tapılması, nəcisdə qurd yumurtalarının tapılmasına əsaslanır.
Müalicəsi:
Şübhə olduqda həkimə müraciət etmək lazımdır. Müalicədə albendazol, mebendazol, pirantel və piperazindən istifadə olunur. Müalicədən sonra yenidən nəcisin analizini aparmaq lazımdır.
Profilaktika:
Meyvə və tərəvəzləri yaxşı yumaq, torpaqla kontakdan sonra əlləri ikiqat sabunla yumaq lazımdır.


Etiketlər:  Askaridoz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ