Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022: İspaniya Kosta Rikaya 7 QOL VURDU - VİDEO - FOTO

DÇ-2022: İspaniya Kosta Rikaya 7 QOL VURDU - VİDEO - FOTO

Tarix: 23 Noyabr 2022 22:00

21:52

İspaniya hesab fərqini 7-yə çatdırdı. Morata 90+2-ci dəqiqədə fərqləndi.

İspaniya - Kosta Rika - 7:0

----------

21:50

İspaniya hesab fərqini 6-ya çatdırdı. Soler 90-cı dəqiqədə fərqləndi.

İspaniya - Kosta Rika - 6:0

---------

21:36

İspaniya hesab fərqini 5-ə çatdırdı. Qavi 74-cü dəqiqədə fərqləndi.

İspaniya - Kosta Rika - 5:0

----------

21:14

İspaniya hesab fərqini 4-ə çatdırdı. Torres 54-cü dəqiqədə fərqləndi.

İspaniya - Kosta Rika - 4:0

----------

20:31

İspaniya hesab fərqini 3-ə çatdırdı. Torres 31-ci dəqiqədə fərqləndi.

----------

20:23

İspaniya hesab fərqini artırdı. Asensio 21-ci dəqiqədə fərqləndi.

---------

20:12

İspaniya hesabı açdı. Olmo 11-ci dəqiqədə fərqləndi.

----------

20:00

Dünya çempionatının qrup mərhələsində E qrupunun ikinci oyunu başlayıb.

Milli.Az xəbər verir ki, İspaniya Kosta Rika ilə qarşılaşır.

----------

19:35

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turunda üz-üzə gələcək İspaniya və Kosta Rika yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

İspaniya: Unay Simon, Sesar Asplikueta, Emerik Lyaport, Serxio Busgets, Jordi Alba, Rodri, Pedri, Qavi, Dani Olmo, Marko Asensio, Ferran Torres

Kosta Rika: Keylor Navas, Karlos Martines, Keyşer Fuller, Oskar Duarte, Fransisko Kalvo, Brayan Ovyedo, Cevison Bennetto, Yeltsin Texeda, Selso Borxes, Joel Kempbell, Entoni Kontreras

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  2022 İspaniya Kosta Rikaya 7 QOL VURDU VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ