Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın ''qara qızılı'' bahalaşıb

Azərbaycanın ''qara qızılı'' bahalaşıb

Tarix: 8 Oktyabr 2019 09:42

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 61,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,95 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,15 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 58,88 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,07 dollar/barel çoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın qara qızılı bahalaşıb


RƏYLƏR