Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişi televizora baxmağına mane olan bacıları pəncərədən atdı

Kişi televizora baxmağına mane olan bacıları pəncərədən atdı

Tarix: 2 Dekabr 2022 19:16

Rusiyada, Tıva Respublikasının Ali Məhkəməsi iki qızı qətlə yetirən 24 yaşlı yerli sakini 25 il müddətinə azadlıqdan məhrum edib.

Sonxeber.net bildirir ki, bu barədə respublika prokurorluğunun nümayəndəsi İqor Oyun məlumat verib.

Kişi köməksiz vəziyyətdə olan azyaşlıları vəhşicəsinə qətlə yetirməkdə təqsirli bilinib. O, ilk beş ilini həbsdə, qalan müddətini isə ciddi rejimli koloniyada keçirəcək.

Məhkəmə müəyyən edib ki, 2021-ci il oktyabrın 30-na keçən gecə Kızılda 9 və 14 yaşlı qızlar mənzildə səs-küy salıb, kişinin iradlarına cavab verməyib və onun televizora baxmasına mane olublar. O, əsəbiləşərək qızları səkkizinci mərtəbənin pəncərəsindən atıb.

Hündürlükdən yıxılma nəticəsində kiçik qız yerindəcə, böyüyü xəstəxanada dünyasını dəyişib. Məhkəmədə həmin şəxs özünü təqsirli bilməyib.

İrfan Vəliyev


Etiketlər:  Kişi televizora baxmağına mane olan bacıları pəncərədən atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ