Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaqatala polis şöbəsində rəis təyinatı olub

Zaqatala polis şöbəsində rəis təyinatı olub

Tarix: 3 Dekabr 2022 16:52

Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) rəis təyinatı olub.

Milli.Az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Cabir Ələsgərov Zaqatala RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, C.Ələsgərov daha əvvəl Ağstafa RPŞ-nin xidmət üzrə rəis müavini və Qazax RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifələrində çalışıb.

Milli.Az


Etiketlər:  Zaqatala polis şöbəsində rəis təyinatı olub


RƏYLƏR