Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alsheymer xəstəliyi

Alsheymer xəstəliyi

Tarix: 4 Dekabr 2022 07:12

Alsheymer xəstəliyi - mərkəzi sinir sisteminin müalicə olunmayan degenerativ xəstəliyidir. Bu xəstəlik tədricən əqli qabiliyyətin ( yaddaş, nitq, məntiqi düşüncə) itməsi ilə xarakterizə olunur, ən çox 65 yaşdan sonra müşahidə olunur.
Ümumi məlumat:
Bu xəstəlik çox adamlarda olmasa da, yaşlı adamiarda ağıl zəifliyinin ən əsas səbəblərindən biridir. Bu xəstəlik ailə üzvləri üçün böyük zərbədir.
Səbəbləri:
Səbəbləri dəqiq məlum deyil. Səbəbini sinir impulslarının verilməsində iştirak edən çoxlu miqdar sinir hüceyrələriınin pozulması ilə əlaqələndirirlər. İrsiyyətin, toksiki metalların, başın travmaları, beyin şişləri, hipotireozun da xəstəliyin əmələ gəlməsində müəyyən rolu vardır.

Simptomları aşağıdakılardır:
1. İlkin stadiyada:
- unutqanlıq, erkən hadisələrin unutqanlığı, bu da getdikcə proqressivləşir.
- tanış əşyaları tanımamaq, emosional pozğunluqlar, depressiya, narahatlıq
- dezoriyentasiya
- ətraf insanlara, hadisələrə, əşyalara qarşı laqeydlik.

2. Gecikmiş stadiyada:
- hallsünasiyalar, sayıqlamalar
- tanış adamları, hətta yaxınları tanımamaq
- hərəkətlərdə, yerişdə problemlər
- sərbəst fikirləşmə və hərəkətlərdə problemlər
- bəzən qıcolmalar

3. Ağırlaşmaları:
- infefsiyalar, pnevmoniya
- qidalanmanın pozulması
- müxtəlif travmalar

Siz nə edə bilərsiniz:
İlkin stadiyada diaqnozu təyin etmək vacibdir. Yaşlı adamlar müntəzəm tibbi müayinədən keçməlidirlər. Əgər bu xəstəliyə şübhə varsa, mütləq həkimə müraciət etmək lazımdir.

Həkim nə edə bilər:
Həkim müayinə aparır, xəstəyə qulluq barədə məsləhətlər verir, müvafiq müalicə təyin edir, xəstəni nevropatoloqa, psixiatra,  digər mütəxəssislərə göndərir. Son zamanlar xəstəliyin inkişafını ləngidən xüsusi dərman preparatları hazırlanmışdır.


Etiketlər:  Alsheymer xəstəliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ