Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Soyuqdəymədən qoruyan, ürəyi möhkəmləndirən tərəvəz. Hər gün yeyin!

Soyuqdəymədən qoruyan, ürəyi möhkəmləndirən tərəvəz. Hər gün yeyin!

Tarix: 4 Dekabr 2022 19:18

Ağ turp çox faydalı məhsuldur. Ağ turp bir çox sağlamlıq üçün vacib olan maddələrlə zəngindir.

Onun tərkibində müxtəlif vitaminlər (B qrupu, C, E, PP), mikroelementlər (kalium, kalsium, maqnezium, fosfor, kükürd, yod və s.), aminturşular, fermentlər, qidalı liflər və s. faydalı maddələr var.

Saglamolun.az sizə bu tərəvəzin faydalarını təqdim edir:

- Ağ turp fitonsidlərlə zəngindir. Bu maddələrin orqanizmə daxil olunması soyuq fəsillərdə xüsusilə vacibdir. Fitonsidlər immuniteti möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.

Soyuq fəsillərdə hər gün 1-2 tikə turp yeyin. Həmçinin turpu salatlara əlavə edə bilərsiniz. Bu sizə soyuqdəymənin qarşısını almağa kömək edəcək.

- Turpun güclü iltihabəleyhinə xüsusiyyətləri var. Soyuqdəymə, qripp, öskürək zamanı turp sağalmanı tezləşdirir.

Öskürək və bronxit zamanı belə təbii dərman hazırlayın: axşamdan turpun içini oyun və oyuğa bal tökün. Səhər isə alınmış şirəni için. Bu çox məşhur və sınanmış reseptdir.

- Ağ turp ürək və damarlar üçün çox faydalıdır. Məsələ burasındadır ki, turp kaliumla zəngindir. Kalium orqanizmdə artıq mayeni xaric edir ki, bu da ürəyin və damarların sağlamlığını qoruyur, arterial təzyiqi  aşağı salır.

Bundan əlavə turp orqanizmdən pis xolesterolu xaric edir və bununla da aterosklerozun qarşısını alır. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas səbəbidir.

- Turp qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqların normal fəlaiyyəti, qəbizliyin profilaktikası üçün çox vacibdir. Lakin mədə-bağırsaq sistemi ciddi pozulmaları zamanı (xora kəstəliyi, qastrit, bağırsaq iltihabları) turpu qəbul etmək tövsiyə edilmir. Turp həmçinin köpə səbəb ola bilər. Bu səbəbdən köpə meyilli olan insanlar bu tərəvəzdən süi-istifadə etməməlidir.

- Güclü iltihabəleyhinə və sidikqovucu təsirlərə malik olan tirp sidik kisəsini və sidik yolları yaxşı təmizləyir, iltihabla mübarizə edir.

- Turp ödqovucu təsirə malikdir. Öd kisəsində durğunluq prosesləri azaldır, öd daşı xəstəliyinin əla profilaktikasıdır.

Milli.Az


Etiketlər:  Soyuqdəymədən qoruyan ürəyi möhkəmləndirən tərəvəz Hər gün yeyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ