Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Modriçin milli qərarı

Modriçin milli qərarı

Tarix: 5 Dekabr 2022 18:30

Luka Modriçin Xorvatiya millisindəki taleyinə aydınlıq gəlib.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu yığmanın baş məşqçisi Zlatko Daliç açıqlayıb.

O bildirib ki, Luka milli karyerasını başa vurmayacaq. Daliç 37 yaşlı yarımmüdafiəçinin DÇ-2022-dən sonra da böyük turnirlərdə milli forma geyinəcəyini qeyd edib: "DÇ-2022 onun Xorvatiya millisinin heyətində iştirak etdiyi son turnir deyil. Luka mənə də, bizə də hələ bir müddət lazımdır".

Qeyd edək ki, Xorvatiya yığması bu gün DÇ-2022-nin 1/8 finalında Yaponiya ilə qarşılaşacaq.


Etiketlər:  Modriçin milli qərarı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ