Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Floridada 19-cu əsrə aid gəmi qalıqları tapıldı

Floridada 19-cu əsrə aid gəmi qalıqları tapıldı

Tarix: 11 Dekabr 2022 13:12

ABŞ-ın Florida ştatında meydana gələn qasırğalar çimərliklərdən birinə qədim gəminin qalıqlarını gətirib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Sakinlər ötən ay Florida ştatının Deyton-Biç şəhərinin çimərliyində uzunluğu təxminən 24 metr olan ağac və metaldan hazırlanmış "qəribə obyekt" aşkar ediblər.

Bundan sonra onun mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr ortaya çıxıb. Bəziləri bunun bir neçə onilliklər əvvəl quraşdırılmış yarış stendinin qalıqları olduğuna güman edirdilər. Digər tərəfdən, bəziləri bunun köhnə körpünün qalıqları olduğunu düşünürdülər.

Amma tədqiqatçıların son araşdırmalarına əsasən, bu qalıqlar 19-cu əsrə aid olan ticarət gəmisinin bir hissəsidir.


Etiketlər:  Floridada əsrə gəmi qalıqları tapıldı


RƏYLƏR