Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2022 20:20
Hindistanın Uttar Pradeş ştatında bəbir bacısının gözü qarşısında yeddi yaşlı uşağa hücum edərək onu parçalayıb.
Sonxeber.net bildirir ki, иu barədə "News 18" məlumat yayıb.
Axşam saatlarında yeddi yaşlı Lavkuş Yadav böyük bacısı Dipa ilə şəkər qamışı plantasiyasından qayıdıb. Birdən bəbir ona hücum edib. Dipanın fəryadını eşidən ətrafdakı sakinlər əllərində çubuqlarla qaçaraq gəliblər, lakin o vaxta qədər yırtıcı uşağı öldürməyə müvəffəq olub və hadisə yerini tərk edərək yoxa çıxıb. Hadisə yerinə gələn polis oğlanın öldüyünü müəyyən edib.
Bəbirin kəndə qayıdacağı ehtimalı ilə bağlı meşə təsərrüfatı idarəsinin nümayəndələri ərazidə patrul xidməti təşkil edib. Sakinlərə qrup halında gəzmələri tövsiyə olunub.
İrfan Vəliyev