Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2022 23:54
Almaniya 2023-cü ildə birtərəfli qaydada Ukraynaya Qərb modeli tank verməyəcək.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts "Süddeutsche Zeitung" qəzetinə müsahibəsində deyib.
"Birinci, biz Ukraynanı bacardığımız qədər dəstəkləyirik. İkinci, NATO ilə Rusiya arasında birbaşa qarşıdurmanın qarşısını alırıq. Üçüncü, Almaniya tərəfindən heç bir təktərəfli hərəkət olmayacaq. Bu, bizim qətiyyətli, lakin ehtiyatlı olmağımızın meyarıdır. Bu siyasət gələn il də qüvvədə olacaq. Mənim fikrimcə, almanların böyük əksəriyyəti bunu düzgün addım hesab edir" - deyə hökumət başçısı vurğulayıb.