Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sümükləri əridib dağıdan içki və qidalar - Travmatoloq açıqladı

Sümükləri əridib dağıdan içki və qidalar - Travmatoloq açıqladı

Tarix: 22 Dekabr 2022 23:48

Sümük-dayaq aparatı insan yaşlandıqca deformasiyaya uğrayır və boşalır.

Sümüklərin sıxlığına vitamin D, kalsiy və maqniy cavabdehdir. Lakin gündəlik yediyimiz qidalar, içkilər var ki, onlar sümüklərdən kalsiumu yuyub, onları kövrəkləşdirir. Bu vəziyyət gənclərdə də ola bilər.

Milli.Az medicina.az-a istinadla xəbər verir ki, rusiyalı travmatoloq-ortoped Yuriy Kostenko sümükləri əridən vərdiş və qidaları açıqlayıb.

"Ayaqüstü yemək, normal qidalanmamaq, fast-food, az gəzmək sümüklər üçün vacib olan vitamin mineralların defisitinə səbəb olur.

Xüsusən gənclərin üz tutduğu qazlı, şirin içkilər, energetik içkilər, tərkibində ortofosfor turşusu olan istənilən içkilər sümüklərdən kalsiumu yuyur. Trans yağlar, şirniyyat, qızardılmış fast-food bağırsaqlarda patogen mikroflora yaradır ki, nəticədə sümüklərdən K2 vitamini çıxır.

Eləcə də qəhvə, tünd çay, kofein tərkibli bütün içkilər sidikqovucu təsir etdiyi üçün, sidiklə kalsiumu orqanizmdən çıxarır. Normada gündə 1-2 fincandan artıq qəhvə içmək olmaz".

Osteoporozun qarşısını almaq üçün kalsiy və vitamin D ehtiyatını normada tutmaq, açıq havada gəzmək, hərəkət etmək, faydalı qidalanmaq lazımdır.

Milli.Az


Etiketlər:  Sümükləri əridib dağıdan içki qidalar Travmatoloq açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ