Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 14:12
Bakı. Kəmalə Məmmədli - Trend:
Azərbaycan və Türkiyə preferensial ticarət barədə sazişin layihəsini hazırlayır.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
O bildirib ki, bu cür saziş artıq Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında imzalanıb. Bu sazişə əsasən Naxçıvan MR-dən Türkiyəyə məhsullar güzəştli şərtlərlə tədarük olunacaq.
Nazir müavini əlavə edib ki, Naxçıvan MR-in blokada vəziyyəti ilə əlaqədar regionun iqtisadiyyatı Azərbaycanın ümumi iqtisadiyyatından fərqlənir:
“Bununla əlaqədar olaraq yeni sazişin özünəməxsus xüsusiyyətləri olacaq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin