Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2022 23:48
İnsanın emosional durumu, hissləri, neqativ olması və ağlaması onun qaraciyərinin normal işləmədiyini göstərir.
Saglamolun.az medicina.az-a istinadla xəbər verir ki, qastroenteroloq Valeriya Lomova stress və depressiyada olan insanlara qaraciyərini yoxlatmağı tövsiyə edib.
"Qaraciyər xəstəliyi və ya toksinləşməsi zamanı qanda toksin və zərərli maddələrin miqdarı artır, bu da qanla bütün orqanlara daşınır, nəticədə beyin, qalxanvari vəz neqativ işləyir.
Üstəlik ödün hasili və süzülməsi də pozulur, bu da emosional simptomatikanı daha da gücləndirir.
Qaraciyərin normal işləmədiyini göstərən siqnallardan biri də emosinal durumun pisləşməsidir. Bu o deməkdir ki, qaraciyər ammiak qalıqlarını bədəndən çıxarmır, bu toksin baş beyinə təsir edir.
Emosional dözümsüzlük, tez qıcıqlanmaq, ağlamaq, həyata küskünlük, qəzəb, kin, apatiya, yuxusuzluq qaraciyərdən ola bilər.
Digər simptomlar:
- Çəkinin itirilməsi
- Sidik və nəcisin rənginin dəyişməsi
- Dəridə qaşınma
- Ağızda acı dad
- Bədəndə şişkinlik
- Gözün üstündə piy düyünlərinin olması.