Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cildi yeniləyir, sızanaqları aradan qaldırır

Cildi yeniləyir, sızanaqları aradan qaldırır

Tarix: 1 Yanvar 2023 10:21

Yağlı dəriyə sahib olanlar sızanaq problemlərindən əziyyət çəkir. Sızanaqlardan sonra yaranan izləri, ölü hüceyrələri və qara nöqtələri aradan qaldırmaq isə heç də həmişə asan olmur. Bunun üçün cildi yeniləmək və nəfəs almasına yardımçı olmaq lazımdır.

Sonxeber.net Axşam.az-a istinadən cildin yağlanmasını azaldan, sızanaq və qara nöqtələrin əmələ gəlməsi aradan qaldıran maskanı təqdim edir.

Tərkibi:

1 xörək qaşığı süd
yarım stəkan kakao
1 çay qaşığı bal

İstifadə qaydası:

Süd, kakao və balı yaxşıca qarışdırın. Maskanı göz ətrafı istisna olmaqla bütün üzünüzə çəkin və 15 dəqiqə gözləyin. Sonda dərinizi ilıq su ilə yuyun. Bu maskanı həftədə 2 və ya 3 dəfə tətbiq edə bilərsiniz. Bu qarışımı boyun və sinə nahiyəsinə də çəkmək mümkündür.


Etiketlər:  Cildi yeniləyir sızanaqları aradan qaldırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ