Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2023 08:04
Çərşənbə axşamı Böyük Britaniyada dəmir yolu işçilərinin beş günlük tətili başlayır. Çoxgünlük tətilin başlanğıcı Böyük Britaniyada Milad və Yeni il bayramlarının başa çatdığı vaxta təsadüf edir.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Britaniyanın dəmir yolu, dəniz və nəqliyyat həmkarlar ittifaqı RMT bildirib ki, 40 minə yaxın əməkdaş yanvarın 3-dən işə gəlməyəcək. Təşkilat maaşların artırılmasını və işçilərin ixtisardan qorunmasını tələb edir. Bu tətil nəticəsində təxminən 62.000 qatar reysi ləğv edilə bilər.
Yanvarın 5-də Elektrik Lokomotivçiləri və Yanğınsöndürən Maşinistlərin Birləşmiş Cəmiyyəti üzvlərinin təşkilatçılığı ilə etiraz aksiyası keçiriləcək.
Bu tətil nəticəsində daha 18 min reysin ləğv ediləcəyi təxmin edilir.