Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndi-Laçın yolundakı aksiyada təhlükəsizlik qaydalarına ciddi riayət olunur

Xankəndi-Laçın yolundakı aksiyada təhlükəsizlik qaydalarına ciddi riayət olunur

Tarix: 5 Yanvar 2023 08:03

Xankəndi-Laçın yolunda dinc şəkildə təşkil olunan aksiyanın 24-cü günü gecə saatlarında da sivil qaydalar çərçivəsində yüksək vətənpərvərlik əzmində davam edir.

Fəallar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən ənənəvi şüarları gecə saatlarında da səsləndirirlər.

Havanın şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər.

Aksiyada səhər saatlarında olduğu kimi, gecə saatlarında da təhlükəsizlik qaydalarına riayət olunub, heç bir mənfi təmas və insident müşahidə edilməyib.

Etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır. Aksiya hazırda davam edir.


Etiketlər:  Xankəndi Laçın yolundakı aksiyada təhlükəsizlik qaydalarına ciddi riayət olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ