Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda DƏHŞƏT - 9 yaşlı uşaq küçədə transformatora girib yandı

Bakıda DƏHŞƏT - 9 yaşlı uşaq küçədə transformatora girib yandı

Tarix: 11 Oktyabr 2019 10:52

Bakı. Samir Əli - Trend:

Bakıda azyaşlı küçədə elektrik transformatorunda yanıq xəsarətləri alıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində, "Azərişıq" ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.

2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub.

Hadisə nəticəsində Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb.

Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  Bakıda DƏHŞƏT 9 yaşlı uşaq küçədə transformatora girib yandı


RƏYLƏR