Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 14:12
Bakı. Kəmalə Məmmədli - Trend:
“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Gəncə elektrik sürət qatarının marşrutunu Ağstafayadək çatdırmağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, QSC-nin planlarına, həmçinin Şahdağ və Qəbələyə dəmir yolunun tikilməsi, Balakən istiqamətində dəmir yolunun rekonstruksiyası, dəmir yollarının elektrikləşdirilməsi, eləcə də iki yeni deponun istifadəyə verilməsi daxildir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin