Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2023 13:09
"Rusiyanın Ermənistanda hərbi mövcudluğu İrəvanın təhlükəsizliyinə təhdid yaradır".
Sonxeber.net bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvanda, Hökumət Dəftərxanasının binasında keçirdiyi mətbuat konfransında belə deyib.
"Son zamanlar qərbli həmkarları ilə təmaslar zamanı Azərbaycan özünün "aqressiv hərəkətlərini" Ermənistan və Rusiyanın Azərbaycana qarşı birgə təcavüzkar hərəkətlər hazırlamasından ehtiyat etməklə əsaslandırır və azərbaycanlılar qabaqlayıcı addımlar atırlar. Rusiyalı həmkarlarımızın diqqətini bu fakta cəlb edirik: Onların susqunluğu şəraitində belə çıxır ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu nəinki ölkəmizin təhlükəsizliyinə təminat verir, əksinə, Ermənistanın təhlükəsizliyinə real təhdidlər yaradır", - Paşinyan bildirib.