Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 17:24
Bakı. Samir Əli - Trend:
Gəncə şəhərində qonşular arasında dava qətllə nəticələnib. Trend-in məlumatına görə, hadisə şəhərin Kəpəz rayonu ərazisində "Dəmiryolu" adlanan yaşayış massivində baş verib.
Həmin ərazidə yaşayan Gəncə şəhər sakini Akif İsrafilov qonşusu, 1990-cı il təvəllüdülü Zeynal Kərimov ilə torpaq sahəsi üstə mübahisə edib.
Mübahisə davaya çevrilib və nəticədə A.İsrafilov evində saxladığı ov tüfəngi ilə atəş açaraq Z.Kərimovu qətlə yetirib.
Keçirilən əməliyyat tədbirləri nnəticəsində hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin