Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yasamalda qanunsuz tikintinin qarşısını alındı - VİDEO - FOTO

Yasamalda qanunsuz tikintinin qarşısını alındı - VİDEO - FOTO

Tarix: 16 Yanvar 2023 14:04

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belə ki, Bakı şəhərinin Yasamal rayonunda "Qanlı göl" adlanan ərazinin yaxınlığında müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

Milli.Az


Etiketlər:  Yasamalda qanunsuz tikintinin qarşısını alındı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ