Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2023 18:40
Türkiyəli model və aparıcı Ebru Şallı 45 yaşını ailəsi və dostlarının qatıldığı sürpriz parti ilə qeyd edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Şallı gecədən fotoları öz "İnstaqram" səhifəsində izləyiciləri ilə bölüşüb.
Ebru Şallı paylaşımının altında "25-dən 45-ə daha nə gözləmək olar! Sağlamlıq həyatdakı ən böyük xəzinəmizdir! Bütün canlarıma və ailəmə təşəkkür edirəm." sözlərini yazıb.
Mükəmməl bədən quruluşu ilə gənc qızları şoka salan Şallının oğlu Beren və gəlini ilə kadrları diqqət çəkib.