Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İdmançı paylaşımına görə həbs edildi

İdmançı paylaşımına görə həbs edildi

Tarix: 18 Yanvar 2023 08:28

İranlı idmançı tənqidi paylaşımına görə həbs edilib.

Milli.Az bildirir ki, bu barədə "Azad İran" Teleqram kanalında məlumat verilib.

Bildirilib ki, Molla Respublikasının Məhkəmə Hakimiyyəti İranın voleybol üzrə milli yığmasının keçmiş oyunçusu Fərhad Zərifin tənqidi paylaşım etməsini cinayət hesab edərək onun həbsinə qərar verib.

Fərhad Zərif İslam Peyğəmbərinin qızı Həzrət Fatimənin (s) doğum gününün Analar Günü adlandırılmasını tənqid edib və həmin günün uşaq evliliklərinə qarşı mübarizə günü kimi qeyd olunmalı olduğu haqda sosial media hesabında paylaşım edib.

Milli.Az


Etiketlər:  İdmançı paylaşımına görə həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ