Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qırmızı Körpü'' gömrük postunda müvəqqəti məhdudiyyət yaranıb

''Qırmızı Körpü'' gömrük postunda müvəqqəti məhdudiyyət yaranıb

Tarix: 3 May 2019 09:27

Bakı. Trend:

Bu gün saat 19:35 dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranıb.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub.

Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları qarşı tərəflə danışıqlar aparıb və hazırda sistemdə baş verən nasazlığın aradan qaldırılması üçün tədbirlər görüldüyü, problemin tezliklə həllini tapacağı bildirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qırmızı Körpü gömrük postunda müvəqqəti məhdudiyyət yaranıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ