Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan gözlənilməz: Krım Rusiyanın deyil!

İrandan gözlənilməz: Krım Rusiyanın deyil!

Tarix: 19 Yanvar 2023 21:33

Tehran və Moskvanın əla münasibətlərinə baxmayaraq, İran Krımın, eləcə də Donetsk və Luqanskın Rusiyanın tərkibinə daxil olmasını tanımır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian TRT World telekanalına müsahibəsində deyib.

"Biz ikili standartlara can atmırıq. Biz İraq, Suriya, Yəmən, Fələstin və Əfqanıstandakı müharibəyə qarşıyıq. Eyni şəkildə biz Ukraynada müharibəyə və insanların didərgin düşməsinə qarşıyıq. Digər tərəfdən, beynəlxalq hüquq çərçivəsində ölkələrin ərazi bütövlüyü və suverenliyini tanıyırıq. Bu səbəbdən Tehran və Moskva arasında gözəl münasibətlərə baxmayaraq, Krımın Ukraynadan ayrılmasını tanımırdıq. Biz Luqansk və Donetskin Ukraynadan ayrılmasını tanımırıq", - deyə XİN rəhbəri bildirib.


Etiketlər:  İrandan gözlənilməz Krım Rusiyanın deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ