Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2023 19:30
Hipotalamik disfunksiyalar zamanı kifayət qədər tez-tez baş verən pylənmələrdir. Bu tipli piylənmələr özündə İtesnko Kuşinq sindromu və adipozogenital distrofiyanın əlamətlərini birləşdirir. Piy toxuması gövdə və ətraflarda nisbətən bərabər dərəcədə yığılır və orqanizmdə aşağıdakı patoloji proseslər baş verir:
- aybaşı ritminin pozulmaları
- striyalar
- karbohidrat mübadiləsinin pozulmaları
- su-duz mübadiləsinin pozulmaları.
Xəstəliyin baş verməsində emosional amillərin rolu böyükdür. Piylənmə çox vaxt psixi-zədə vəziyyətlərdə əmələ gəlir və inkişaf edir. Qarışıq serebral piylənmənin baş verməsində hipotalamusun çıxış çatışmazlığının böyük rolu var.
Müalicə zamanı istifadə edilən üsullar:
- pəhriz terapiyası
- müalicə idmanı
- sidikqovucular
- hormonal terapiya
- antidepressantlar.