Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya bu bölgədə də münaqişəni qızışdırır

Rusiya bu bölgədə də münaqişəni qızışdırır

Tarix: 30 Yanvar 2023 09:00

Rusiya Balkanlarda, o cümlədən Bolqarıstan və Şimali Makedoniya arasında münaqişələrin qızışdırılmasında maraqlıdır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Makedoniyanın xarici işlər naziri Bucar Osmani deyib.

Osmaninin sözlərinə görə, Bolqarıstanla münasibətlərin hazırki kəskinləşməsi regionda daimi münaqişənin saxlanmasında maraqlı olanlara sərf edir:

"Üçüncü tərəflər regionumuzda daha asan təsir göstərə bilmək üçün bu regionda vaxtilə dondurulmuş münaqişələri dəstəkləməkdə maraqlıdırlar".

Jurnalistin "üçüncü tərəf"in kim olduğu sorğusuna makedoniyalı diplomat Rusiyanın adını çəkib.

Qeyd edək ki, son aylarda Bolqarıstan və Makedoniya arasında münasibətlər bir sıra tarixi mübahisələr və milli azlıqların hüquqlarının təminatı səbəbindən pisləşib.

Keçən həftə Bolqarıstan səfiri hətta Makedoniyadan geri çağırılıb.


Etiketlər:  Rusiya bölgədə münaqişəni qızışdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ