Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pişik Leopoldun yaradıcısı vəfat edib

Pişik Leopoldun yaradıcısı vəfat edib

Tarix: 30 Yanvar 2023 17:40

Pişik Leopold obrazının yaradıcısı, multiplikator rəssam Vyaçeslav Nazaruk 82 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Soyuzmultfilm"in baş redaktoru Sergey Kapkov bazar günü bildirib.

Nazaruk həm də məşhur "Bəbir üçün ev" və onlarla digər cizgi filmlərinin quruluşçu rəssamı olub.

Məlumata görə, son illərdə o, qədim rus tarixində baş verən hadisələrə həsr olunmuş rəsmlər çəkib.

Kapkov qeyd edib ki, Nazarukla vida mərasimi fevralın 1-də Birinci Şəhər Xəstəxanası yanındakı Tsareviç Dmitri məbədində keçiriləcək.

Milli.Az


Etiketlər:  Pişik Leopoldun yaradıcısı vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ