Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk Dövlətləri Təşkilatları Türkiyəyə başsağlığı verib

Türk Dövlətləri Təşkilatları Türkiyəyə başsağlığı verib

Tarix: 6 Fevral 2023 10:14

Türk Dövlətləri Təşkilatları bu çətin zamanda Türkiyənin yanındadır.

Sonxeber.net bildirir ki, bu barədə təşkilatın tviter hesabında qeyd edilib.

"Kahramanmaraşda meydana gələn 7.4 bal gücündəki zəlzələ və can itkilərini böyük kədər hissi ilə öyrəndik. Türk Dövlətləri Təşkilatı olaraq bu çətin zamanda Türkiyənin və türk xalqının yanında olduğumuzu ifadə edərək, həyatını itirənlərə rəhmət, yaralılara şəfa diləyirik.

Türk xalqının gücünün və əzminin bu fəlakətin ən qısa müddətdə üstəsindən gəlməyə kömək olacağına inancımız tamdır",- deyə bildirilib.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı var.


Etiketlər:  Türk Dövlətləri Təşkilatları Türkiyəyə başsağlığı verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ