Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yasamalda ağacın budaqları qırılaraq dayanacaqda 3 nəfərin üstünə düşüb

Yasamalda ağacın budaqları qırılaraq dayanacaqda 3 nəfərin üstünə düşüb

Tarix: 15 Oktyabr 2019 20:24

Bakı. Trend:

Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının (67, 53 və 38 yaş) üstünə tökülüb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadası yaralıları KTM-ə çatdırıb.

Yaralılardan birinə kəllə-beyin travması, digər ikisində onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib. Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.


Etiketlər:  Yasamalda ağacın budaqları qırılaraq dayanacaqda 3 nəfərin üstünə düşüb


RƏYLƏR