Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2023 21:48
Su insan orqanizminin əsas tərkib hissəsidir. Suyun kifayət miqdarda qəbulu insan sağlamlığı üçün olduqca vacibdir.
Təəssüf ki, müasir insanların əksər hissəsi, demək olar ki, su içmir. Çay, qəhvə, müxtəlif qazlı içkilər və s. suyun yerini tutub. Lakin həkimlərin və alimlərin ümumi fikirinə görə, heç bir ən faydalı içki, heç bir təbii şirə və s. təmiz içməli suyu əvəz edə bilməz. Su insan orqanizmi üçün ən faydalı və əvəzolunmaz "məhsullardan" biridir.
Səhər acqarına 1 stəkan ilıq limon şirəsi əlavə olunmuş suyun qəbulu çox gözəl müalicəvi və profilaktik vasitə sayılır.
1 stəkan ilıq suya 1 çay qaşığı limon şirəsi əlavə edin və səhər acqarına qida qəbulundan 30 dəqiqə əvvəl kiçik qurtumlarla için. Bu çox sadə vasitə:
- orqanizmi oyadır, tonuslaşdırır, daha gümrah edir, iş qabiliyyətini artırır
- mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır
- qəbizliklə mübarizə edir
- damarları təmizləyir, onların elastikliyini artırır
- mübadilə prosesləri sürətləndirir
- arıqlamağa kömək edir
- beyinin fəaliyyətini yaxşılaşdırır
- oynaqlarda iltihabları azaldır
- dərinin vəziyyətinə müsbət təsir edir
- orqanizmi toksinlərdən və şlaklardan təmizləyir.
Təbii ki, 1 stəkan təmiz su kifayət deyil. Sağlam insan gün ərzində təxminən 2 l təmiz su içməlidir.