Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moldovada yeni hökumət təsdiqləndi

Moldovada yeni hökumət təsdiqləndi

Tarix: 17 Fevral 2023 08:12

Moldova parlamenti keçmiş daxili işlər naziri, prezidentin milli təhlükəsizlik və müdafiə məsələləri üzrə müşaviri Dorn Reçanın başçılıq etdiyi ölkənin yeni hökumətini təsdiqləyib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, onun sələfi baş nazir Natalya Qavrilitsa fevralın 10-da istefa verdiyini açıqlayıb. Eks-baş nazirlə birlikdə bütün hökumət avtomatik olaraq istefaya yollanıb.

Deputatlar qarşısındakı çıxışında Reçan fəaliyyətindəki əsas prioritetləri qeyd edib. O, Moldovada sülh və sabitlik, iqtisadi inkişaf, Avropaya inteqrasiya, 2030-cu ilə qədər karbon neytrallığına nail olmağı başlıca hədəfləri adlandırıb.


Etiketlər:  Moldovada yeni hökumət təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ